Xəbər verdiyimiz kimi, Basarkeçər rayonunun Ağkilsə kəndində kazarma kimi istifadə edilən mal damında 15 erməni əsgər diri-diri yanıb. Yanğından sonra bəlli olub ki, onlar dözülməz şəraitdə növbətçilik ediblər.
Bizim.Media xəbər verir ki, bu gün də ermənilərə məxsus Telegram kanalında Ermənistan ordusunun əsgərinin uzandığı yerdə fotosu yayılıb.
Görüntülərdə onun ayağında mülki ayaqqabı olub, hərbi geyimi isə yay mövsümü üçün nəzərdə tutulub.
Erməni istifadəçiləri fotonu yaymaqla Ermənistan ordusunda korrupsiyasının kök salmasına diqqəti yönəltmək istəyirlər.
Bizim.Media