Haaqada Quranın vərəqlərinin cırılması ilə bağlı Niderland səfiri Joep Vijnand Türkiyə XİN-ə çağırılıb.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
"Biz Niderlandın Haaqa şəhərində İslam əleyhdarı şəxsin müqəddəs kitabımız Quranı hədəf alan alçaq hücumunu ən kəskin şəkildə pisləyirik" - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Niderlandda PEGIDA adlı anti-islam təşkilatının lideri Edvin Vaqensveld Haaqa polisinin birbaşa nəzarəti altında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin vərəqlərini cırıb.
Bizim.Media