Rusiya polisi Moskvada Ermənistan vətəndaşlarına qarşı reyd keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb.
Məlumata görə, Ermənistanda hərbi xidmətdən və səfərbərlikdən yayınan 16 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin hamısı beynəlxalq axtarışda olub. Ermənistan vətəndaşlarının polis tərəfindən əsasən metroda saxlanıldığı bildirilib.
Moskvada saxlanılan 16 Ermənistan vətəndaşı hazırda həbsdədir. Onları Ermənistanda hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınma maddəsinə əsasən, iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bizim.Media