Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, Qaziantep vilayətində H.A. ilə tanıdılan terrorçu qondarma “Raqqa əmiri” və “Nineviya qubernatoru” kimi tanınıb.
Məhkəmənin qərarı ilə o, həbs edilib.
Bizim.Media