İkinci Qarabağ müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Mənbə yazır ki, erməni hərbçilərin meyitləri Fizuli rayonunda aparılan axtarışlar nəticəsində tapılıb.
Hazırda meyitlərin şəxsiyyəti müəyyənləşdirilir.
Beləliklə, Qarabağda aparılan axtarışlar zamanı tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.
Bizim.Media