Ermənistanın Baş prokuroru Anna Vardapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsində israrlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” Telegram kanalı yayıb.
Mənbə yazır ki, o, parlamentdəki müxalifət partiyasının “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün spiker Alen Simonyana üç vəsatət təqdim edib.
Qeyd edək ki, Ermənistanda Baş Prokurorluğun cinayət təqibi üçün parlamentin razılığı lazımdır.
Bizim.Media