İranda qaz çatışmazlığı səbəbindən yüzlərlə sənaye müəssisəsi, dövlət idarələri və universitetlərin fəaliyyəti dayandırılıb.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, havanın kəskin soyuması və qaz çatışmazlığı səbəbindən Həmədan əyalətində orta məktəblər bağlanıb.
Həmədan əyalətinin Təhsil İdarələrinin yaydığı bildirişdə yanvarın 18-də bütün təhsil ocaqlarının fəaliyyətinin dayandırıldığı bildirilib.
Bununla yanaşı, bir sıra dövlət idarələrinin də fəaliyyəti məhdudlaşdırılıb.
Vacib fəaliyyət sahələrinin işçilərinin isə iş saatları azaldılıb.
Bizim.Media