İranda mərkəzi bölgələr üzrə neft şirkətinin rəsmi işçiləri də etiraz aksiyası keçirir.
Bizim.Media "dw.com"a istinadən xəbər verir ki, narazı işçilər hüquqlarının kobud şəkildə pozulmasına və əməkhaqlarının vaxtında verilməməsinə etiraz edirlər.
Tehran Kəşfiyyat Polisinin ictimai yerlərə nəzarət üzrə müavini Nadir Moradi Tehranda son etirazların “lideri”nin həbs olunduğunu iddia edib. Lakin sözügedən şəxsin kimliyi açıqlanmayıb.
Bizim.Media