"Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib".
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyan bəyan edib.
“Rusiyanın Türkiyə ilə sərhəddə hərbi mövcudluğu Türkiyəyə qarşı yönəlmiş hərbi təhdiddir. Əgər hansısa ölkədə üçüncü tərəfin hərbi mövcudluğu varsa və bu, Türkiyədən gələn təhlükə ilə izah olunursa, demək lazımdır ki, Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Türkiyənin Ermənistan müstəqillik əldə etdikdən sonra onu nə vaxtsa təhdid etdiyini sübut edən heç bir faktımız yoxdur”, - deyə Arsenyan bildirib.
O, əlavə edib ki, Rusiya qoşunları ölkəni tərk edərsə, Türkiyə Ermənistan üçün “adi qonşu” olacaq.
Bizim.Media