Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media "dha.com.tr"yə istinadən xəbər verir ki, hərbçi və qaçqınları daşıyan avtobus Qaziantepdən Ədirnə yolunda yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb.
Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.
Bizim.Media