“Baykar” şirkətində “Bayraktar AKINCI” pilotsuz uçuş aparatlarının istifadəsinə dair kurs keçən azərbaycanlı hərbçilərin buraxılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov özünün “Twitter” hesabında məlumat verib.
Qeyd edək ki, mərasimdə Azərbaycanın Türkiyədəki Səfirliyinin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib.
Bizim.Media