Türkiyə ilə Ermənistan arasında internet bağlantısı yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik mənbələrdən “TRT Haber”ə məlumat verilib.
“Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər üçün vizanı Tbilisi vasitəsilə alırdılar. Buna səbəb isə Ermənistanla əlaqələrin olmaması idi. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi artıq iki ölkə arasında internet əlaqəsi bərpa edilib və açıqdır. Konsulluq işləri də çox yaxşı irəliləyir”, - deyə məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, İstanbul və İrəvan arasında 2022-ci il fevralın 2-də başladılan birbaşa uçuşlar davam etdirilir. İki ölkə sakinlərinin artıq rahat şəkildə səfər etdikləri vurğulanır.
Bizim.Media