“Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə çatdırılmasına çalışırıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
Çavuşoğlu bildirib ki, Türkmənistanın iştirakı ilə bu istiqamətdə üçtərəfli işlər davam etdilir.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.
Bizim.Media