“Laçın yolu ilə humanitar yardım kolonları keçir”.
Bizim.Media xəbər verir ki, bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
Diplomat, həmçinin Ermənistan tərəfindən Rusiya sülhməramlılarına qarşı açıq hücumları qəbuledilməz adlandırıb:
“Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə xələl gətirə bilər”.
Zaxarova sərhədlərin delimitasiyasından da söz açıb:
“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işini dəstəkləyir və kartoqrafik materialları təqdim etməyə hazırdır”.
Bizim.Media