"Erməni tərəfdaşlar üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinə uyğun olaraq problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Paşinyanın son bəyanatlarını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə təqdim etdiyi platforma qüvvədə qalır:
“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
Bizim.Media