Türkiyə və ABŞ dəniz qüvvələri Qara dənizdə birgə təlimlər keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimin məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək, birgə əks-həmlə bacarıqlarını inkişaf etdirməkdir.
Təlimlərə Türkiyə donanmasına məxsus “Turgutreis” və “Oruçreis” freqatları, ABŞ-ın “Porter” və “Donald Cook” döyüş gəmiləri, həmçinin Türk Hava Qüvvələrinin “F-16” təyyarələri və ABŞ-ın dəniz patrul təyyarələri cəlb edilib.
Bizim.Media