"Bu, vəziyyəti daha da pisləşdirəcək".
Bizim.Media “Sputnik Ermənistan” Telegram kanalına xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “KTMT sülhməramlılarının çoxmillətli kontingenti Qarabağda yerləşdiriləcəkmi?” sualına cavab verərkən səsləndirib.
Baş nazirin fikrincə, KTMT ölkələri Qarabağdakı vəziyyətə neytral münasibət bəsləmirlər:
“Onlar de-yure bizim müttəfiqlərimizdir, de-fakto isə Azərbaycanla dərin iqtisadi əlaqələri var”.
O, “2025-ci ildə Qarabağda Rusiya sülhməramlılarının mandatı uzadıla bilər” mövzusuna da münasibət bildirib:
“Hadisələri qabaqlamaq olmaz. Vəziyyət hələ qiymətləndirilməyib və gələcək üçün planlar hazırlanmayıb”.
Bizim.Media