Məlum olub ki, Ermənistanda Azərbaycanın paytaxtı Bakıya səfər təşkil edən “Arara” adlı turizm şirkəti var. Bu qurum Azərbaycan, Gürcüstan, Ermənistan marşrutu üzrə 17 günlük tətil təklif edir.
Bizim.Media xəbər verir ki, bu barədə Politik.am saytı məlumat yayıb.
“Maraqlıdır, şirkət Azərbaycana gələn erməni soyadlı əcnəbi vətəndaşların istirahətini və təhlükəsizliyini necə təmin edəcək? Erməni şirkəti bu ölkənin xüsusi xidmət orqanlarının icazəsi olmadan Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Bunlar hələ də cavabsız qalan suallardır.
Daha maraqlısı budur ki, turizm şirkətinin sahibi Nikol Paşinyanın tərəfdarı Boris Saakyana məxsusdur. Facebook-dakı paylaşımlarına görə o, dövlət tenderlərində də iştirak edir”, deyə nəşr yazıb.
Bizim.Media