“İrəvan Türkiyə ilə dəmir yolu əlaqəsində, yeni magistralların istifadəsində və tikintisində maraqlıdır. Amma buna Azərbaycan mane olur”.
Bizim.Media xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirilən mətbuat konfransında səsləndirib.
Yəqin İrəvanda anlayırlar ki, Bakıya qarşı ərazi iddialarından əl çəkəndən sonra Türkiyə ilə sərhəd açılacaq.
Deməli, problemin kökünü ərazi iddialarında axtarmaq lazımdır.
Bizim.Media