“Azərbaycanla anlaşılmazlıqlar aradan qaldırılıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında səsləndirib.
Onun sözlərinə görə, regiondakı proseslərə qeyri-regional dövlətlərin müdaxiləsinə yol verilməməlidir.
Baqer Qalibaf qeyd edib ki, İran regionda sərhədlərin dəyişikliyinə qarşıdır.
Xatırladaq ki, Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Daha sonra isə Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü baş tutub.
Bizim.Media