Bu gün İranda daha iki etirazçı barədə çıxarılan edam hökmü icra olunub.
Bizim.Media xəbər verir ki, “Mehr” aegntliyi bu barədə məlumat yayıb.
Qeyd olunub ki, Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksiyalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər.
Etirazçı barədə edam hökmü isə yanvarın 3-də verilib.
Xatırladaq ki, sentyabrın 17-də Məhsa Əmininin hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilməsindən sonra İranda etiraz aksiyaları başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub.
Bizim.Media