Türkiyədə ağır yol qəzası olub.
Bizim.Media xəbər verir ki, Niğde şəhərində sərnişin avtobusu ilə minik maşını toqquşub.
Qəza nəticəsində biri ağır olmaqla, 16 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım briqadası gəlib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bizim.Media