Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir qrup qazilərin Türkiyəyə səfəri davam edir.
Bizim.Media xəbər verir ki, Mersinin azad olunmasının 101-ci ili münasibəti ilə keçirilən tədbirə qatılan qazilərimizi Mersin valisi Əli Həmzə qarşılayıb.
Tarix formal olaraq təkrarlanıb. 101 il öncə qəhrəman türk əsgərlərini dəmiryol vağzalında qarşılanması bu gün yenidən təkrarlanıb.
Mersinin azad olunmasına həsr olunmuş yürüş baş tutub. Mersin Valiliyində tədbir keçirilib. Tədbir Prezident Rəcəb Təyyub Ərdoğanın təbrik məktubunun tədbir iştirakçılarına çatdırılması ilə açılıb.
Mersin valisi Əli Həmzə Pəhlivan Mersinin azad olunması tarixindən danışaraq böyük günün əhəmiyyətini vurğulayıb.
Ağ Dəniz Bölgü və Qarnizon komutanı Tüm admiral Fuad Gədik 101 il öncə türk əsgərlərinin göstərdikləri qəhrəmanlığı və bu hadisənin tarixə qızıl hərflərlə yazıldığını, bu hadisənin heç zaman unudulmayacağını qeyd edib
Mersin Böyükşehir bələdiyyə başkanı Vahab Seçər gün münasibəti ilə xalqı təbrik edib və tarixi günü Türkiyəyə gələrək qeyd edən Azərbaycan qazilərə təşəkkür edib.
Elgün Gəncimsoy, Bizim.Media