Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG terror qruplaşmasının (PKK-nın Suriya qanadı - red.) 10 üzvünü zərərsizləşdiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, terrorçular "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonasını atəşə tutmalarına cavab olaraq məhv ediliblər.
Bizim.Media