Türkiyədə ölümlə nəticələnən qəzaya görə, azərbaycanlı sürücü saxlanılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, dəhşətli qəza Giresun şəhəri Keşap qəsəbəsində baş verib. Azərbaycanlı C.A-nın idarə etdiyi TIR yoxlama mərkəzinə dönərkən, T.A-nın idarə etdiyi minivan tipli avtomobil ona çırpılıb.
Nəticədə minivanın sürücüsü ağır yaralanaraq, xəstəxanaya aparılıb. Lakin o, xəstəxanada keçinib.
TIR-ın sürücüsü C.A isə saxlanılıb, araşdırma aparılır.
Bizim.Media