İranın keçmiş prezidenti Həsən Ruhani vəzifəsini bərpa etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı mühafizəkarlara yaxın bəzi KİV-lər yayıb.
Mənbə yazır ki, Ruhani 2024-cü ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Həsən Ruhani 2013-cü ildə İranda keçirilən prezident seçkilərində qalib gəlib və 2017-ci ildə yenidən prezident seçilib. 2021-ci ilin avqustunda prezident postunu tərk edib.
Bizim.Media