“2020-ci il noyabrn 9-dan sonra dedim ki, mən bu ölkədə özümü azsaylı xalq hesab edirəm. Hazırda buna öyrəşmişəm və belə yaşamağa davam edirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni arxiepiskop Mikael Acapaxyan “168.am” nəşrinin efirində səsləndirib.
“100 ildən sonra ermənilər də “Ərmənistan” adlı bir ölkədə yaşadıqlarına öyrəşəcəklər. Buranın prezidenti və baş naziri erməni deyil, azərbaycanlı olacaq. Bu gün assuriyalar Suriyada azsaylıdır. Erməniləri də belə tale gözləyir. Öz ölkələrində azsaylı hesab ediləcəklər. Təbii ki, ermənilərin dövləti olmayacaq. Bu, hazırkı hakimiyyəti heç də maraqlandırmır. Deyirlər ki, əsas yaxşı yaşamaqdır”, deyə o, qeyd edib.
Bizim.Media