Molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, idmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir.
Bizim.Media