“Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan

Xankəndidən olan politoloq, müəllim David Karabekyan hesab edir ki, bu gün ermənilərin bir millət olaraq xilası yalnız Paşinyanın istefası və Arutyunyanın impiçmenti ilə mümkündür. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Generalların üstünə qışqıran Akopyanı və onun oğlunu Qarabağda 30 zabit qoruyub - Qabrelyanov


Öz mövqeyini belə izah edən Karabekyan Qarabağın özünəməxsusluğunu qeyd edir: bu, müharibə nəticəsində təslim olan, lideri və “müdafiə naziri” rəsmi vəzifələrini yerinə yetirməyə davam edən yeganə “dövlətdir”.

Politoloq hesab edir ki, bu fenomenin səbəblərini yaxın keçmişdə axtarmaq lazımdır.

Nə Ermənistanda, nə də Qarabağda 1992-1994-cü illərdəki Azərbaycan-Qarabağ müharibəsinin, 2016-cı il Aprel döyüşlərinin istintaqı aparılmadı.

Nəticədə insanlarımız öldü, əhalinin təhlükəsizliyi təmin olunmadı.

Onun sözlərinə görə, 3.8 milyard dollar dəyərində olan silah məhv edildi, “Qarabağ Müdafiə Ordusu” praktiki olaraq tərksilah edildi; bütün vacib yüksəkliklər, əkin sahələri, kiçik su elektrik stansiyaları və s. Azərbaycana təhvil verildi, ancaq "heç kim buna görə məsuliyyət daşımır”.

Ermənistanın baş naziri isə 2016-cı il dördgünlük müharibə ilə əlaqədar materialları aça biləcəyini təklif edərək siyasi müxalifəti açıq şəkildə şantaj edir. 

"Nikol Paşinyan bütün bu müddətdə Qarabağ və Ermənistanın ən yüksək hərbi-siyasi rəhbərliyini ləkələmək üçün kompromat materiallar hazırlayır” deyə politoloq bildirir.

O, hesab edir ki, söhbət təkcə kapitulyasiya ilə bağlı bəyanatın imzalanmasından getmir, nəticədə bir sıra kəndlər də Azərbaycana qaytarılır. 

Karabekyana görə, bu faktlar hər iki erməni “dövləti”nin (de-fakto və de-yure) rəhbərlərinin Konstitusiya quruluşunu, vətəndaşların əsas hüquq və azadlıqlarını qorumaqla bağlı verdikləri öhdəlikləri yerinə yetirmək iqtidarında olmadıqlarının birbaşa sübutudur. 

Politoloqun fikrincə, heç bir təşkilat bu şəxslərin xəyanəti haqda məhkəmə iddiası açmaq haqda iddia irəli sürmədi.

Karabekyan beynəlxalq ədalətə ümid bəslədiyini də gizlətməyib: “Öz xalqının soyqırımında iştirak edən bir çox diktatorların mühakimə olunmasının presedentləri var”.

O əmindir ki, yalnız Nikol Paşinyanın istefası və Arayik Arutyunyanın impiçmenti milləti millət kimi daha çətin vəziyyətdən qurtaracaq və gələcəyə ümid verəcək.

"Cəzasızlıq getdikcə daha ağır cinayətlərin zəncirvari reaksiyasına, korrupsiyaya, məsuliyyətsizliyə və Ermənistan cəmiyyətinin mənəvi deqradasiyasına səbəb oldu" deyə politoloq sona çatdırır. 

Və belə bir sual verir: "Necə oldu ki, Paşinyanın adamları və Qarabağdakı tərəfdaşları birdən-birə eyni qayıqda tapıldılar və onların şeytan ayaqları hara dəydisə, itkilərimiz oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli nazir: “Bizə Azərbaycanın qazı lazımdır”

Türkiyəli nazir: “Bizə Azərbaycanın qazı lazımdır”

Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Avropa İttifaqının müşahidə missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Avropa İttifaqının müşahidə missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Yağıntılı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Yağıntılı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Malayziya 10 il əvvəl yoxa çıxan təyyarənin axtarışlarını BƏRPA EDİR

Malayziya 10 il əvvəl yoxa çıxan təyyarənin axtarışlarını BƏRPA EDİR

Pakistanın Ermənistanda səfirliyi açılır

Pakistanın Ermənistanda səfirliyi açılır

"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzasıAZALDILDI

"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzasıAZALDILDI

Baş Prokurorluqdan XƏBƏRDARLIQ: Şəxsiyyət məlumatlarını tanımadığınız şəxslərə verməyin! - VİDEO

Baş Prokurorluqdan XƏBƏRDARLIQ: Şəxsiyyət məlumatlarını tanımadığınız şəxslərə verməyin! - VİDEO

Bakıda ər arvadını öldürmək istədi - DETALLAR

Bakıda ər arvadını öldürmək istədi - DETALLAR

Suriya prezidentinə qarşı sui-qəsd hazırlayırlar?

Suriya prezidentinə qarşı sui-qəsd hazırlayırlar?

Goranboyda anasını və nənəsini öldürən yeniyetməyə HÖKM OXUNDU

Goranboyda anasını və nənəsini öldürən yeniyetməyə HÖKM OXUNDU

Masada sülh planı, cəbhədə QANLI DÖYÜŞLƏR – Rusiya daha dəhşətli HÜCUMA HAZIRLAŞIR

Masada sülh planı, cəbhədə QANLI DÖYÜŞLƏR – Rusiya daha dəhşətli HÜCUMA HAZIRLAŞIR

Ərdoğan: “Məqsədimiz Türk əsrinin qurulması yolunda bütün maneələri aradan qaldırmaqdır”

Ərdoğan: “Məqsədimiz Türk əsrinin qurulması yolunda bütün maneələri aradan qaldırmaqdır”

Azərbaycana halal adı ilə donuz ətli konservlər GƏTİRİLDİ - FOTO

Azərbaycana halal adı ilə donuz ətli konservlər GƏTİRİLDİ - FOTO

Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın

Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın

Rusiyanın strateji neft kəməri yenidən VURULDU

Rusiyanın strateji neft kəməri yenidən VURULDU

Pokrovsk Rusiya ordusunun tam nəzarətinə keçdi

Pokrovsk Rusiya ordusunun tam nəzarətinə keçdi

SON DƏQİQƏ! MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı - FOTO

SON DƏQİQƏ! MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı - FOTO

“Barselona”da ciddi İTKİ

“Barselona”da ciddi İTKİ

Xatirənin Moskvadan FOTOLARI yayıldı

Xatirənin Moskvadan FOTOLARI yayıldı

Tələbələrin NƏZƏRİNƏ – Təcrübə müddətində əmək müqaviləsi BAĞLANACAQ

Tələbələrin NƏZƏRİNƏ – Təcrübə müddətində əmək müqaviləsi BAĞLANACAQ

“Azərişığ”ın avtomobili qəza törətdi - Xəsarət alanlar var – FOTO/VİDEO

“Azərişığ”ın avtomobili qəza törətdi - Xəsarət alanlar var – FOTO/VİDEO

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Dövlət xəttilə 4 milyard manata yaxın ipoteka krediti verilib

Dövlət xəttilə 4 milyard manata yaxın ipoteka krediti verilib

End of content

No more pages to load

RADİO