İran prezidenti İbrahim Rəisi mətbuatı “cahilliyi təbliğ etməkdə” ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazır ki, Rəisi, eyni zamanda etirazçıları “düşmən” adlandırıb və onları “qəddar rəftarla” hədələyib.
Xatırladaq ki, İbrahim Rəisi 1980-ci illərdə İranda siyasi məhbusların öldürülməsinin əsas günahkarı hesab edilir.
Bizim.Media