Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi hissə komandirlərinin müşayiəti ilə təftişlər aparmaq üçün Suriya ilə sərhədə gəlib.
Bizim.Media xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Musa Avsevər, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Atilla Gülan da nazirlə birlikdə Hatay vilayətinə gəlib.
H.Akarı və Türkiyə ordusunun komandirlərini 2-ci korpus komandiri general Metin Gürak və digər səlahiyyətli şəxslər qarşılayıb.
Bizim.Media