“Türkiyə F-35 qırıcılarının tədarükünə dair layihədən qanunsuz şəkildə kənarlaşdırılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, məsələnin maddi tərəfi var:
“Buna dair işlər və görüşlər davam edir. Yaxın günlərdə ABŞ-da toplantı keçiriləcək, həmin iclasda texniki komitəmiz bu məsələni ətraflı müzakirə edəcək".
Bizim.Media