BİZİM TƏQVİM: Türkiyə Yunanstanla vətəndaşlarını dəyişdilər

1802-ci il 23 dekabrda Şimali Qafqaz Birliyinin yaradılması ideyasını həyata keçirməyə çalışan rus çarı I Aleksandrın göstərişi ilə Georgiyevskidə Quba, Talış və Dağıstan xanları arasında müqavilə imzalanıb.

Müqavilə iştirakçıları qarşılıqlı düşmənliyə son qoyub, bütün mübahisələri sülh yolu ilə həll etməyi, onlardan birinə hücum edildikdə işğalçıya qarşı birlikdə mübarizə aparmağı öhdələrinə götürürblər.
Bəs, 23 dekabrda daha hansı yadda qalan hadisələr baş verib?    

1.Osmanlı dövlətinin ilk konstitusiyası olan “Qanuni-Əsasi” I Məşrutiyyətlə birlikdə 1876-cı ilin 23 dekabrında elan edildi. Amma I Məşrutiyyət hökumətinin ömrü 13 fevral 1878-ci ildə sona çatdı.

2. 1913-cü ilin 23 dekabrınd ABŞ-da bir neçə iri bankı birləşdirən Federal Ehtiyat Sistemi yaradılıb.

3. 23 dekabr 1920-ci il tarixində Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya ediblər.

4. 1930-cu ilin məhz bu günündə Türkiyə və Yunanıstan arasında əhali mübadiləsi həyata keçirilib.

5. 23 dekabr 1933-cü ildə Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.

6. 1947-ci ilin bu günü Amerika fizikləri Şotli, Bratteyn və Bardintranzistor ixtira etdilər. Bu hadisə yalnız yarım il sonra Nyu-Yorkda elan olundu. Lakin bu ixtira həmin dövrdə elmi ictimaiyyətə o qədər də güclü təsir bağışlamadı. 1956-cı ildə isə hər üç ixtiraçı Fizika üzrə Nobel mükafatına layiq görüldü.                                                                 

7. 1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər Soveti azərbaycanlıların Ermənistandan Azərbaycana – Kür-Araz ovalığına köçürülməsi barədə qərar qəbul etdi.

Erməni siyasətinin azərbaycanlılara növbəti departasiya aktı olan bu ədalətsiz qərar nəticəsində doğma yurd-yuvalarından didərgin düşən 100 mindən çox azərbaycanlının xeyli hissəsi şəraitə uyğunlaşmayaraq həlak oldu.                                             

8. Yaponiyada İkinci Dünya Müharibəsi zamanı baş nazir olmuş general Toko və dövrün 6 səlahiyyətlisi soyqırım və müharibə cinayətləri maddələrilə paytaxt Tokioda 1948-ci il 23 dekabrda edam edildi.

9. 1972-ci ilin 23 dekabrında Nikaraquanın paytaxtı Manaquanı yerlə yeksan edən 6,3 bal gücündəki zəlzələdə 10 min adam həyatını itirdi.

10. İranın paytaxtı Tehranda 1973-cü il 23 dekabr tarixində toplanan neft istehsalçısı ölkələr neftin qiymətlərini 130 faiz artırdılar və ABŞ-la Hollandiyaya neft sövqiyyatını təxirə saldılar.

11. 23 dekabr 1979-cu ildə SSRİ hərbi hissələri Əfqənistana müdaxilə edib.

12. 1984-cü ilin 23 dekabrında Rusiyanın Aeroflot Hava Yollarına aid sərnişin təyyarəsi mühərrikində çıxan yanğınla əlaqədar Krasnoyarsk hava limanına təcili enməyə çalışarkən qəzaya uğradı. Hadisə 110 adam ölümü ilə nəticələndi.

13. 23 dekabr 1991-ci ildə İsveçrə Konfederasiyası Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də quruldu.

14. 2005-ci ilin 23 dekabrında Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.

23 ekabrda həm də bu şəxslər xatırlanır:

1.Məşhur rus rəssamı Karl Bryullov 1799-cu ilin bu günü Sankt-Peterburq şəhərində anadan olub.  Rəssama dünya şöhrətini “Pompeyin son günü” əsəri gətirib.  Karl Bryullov Osmanlıya səyahəti zamanı topladığı materiallar əsasında “Türk qadını” və “Bağçasaray fəvvarəsi” rəsmlərini yaradıb. (1799-1852)

2. Moğul imperator Əhməd Şah 23 dekabr 1725-c ildə anadan olub. 

3. 23 dekabr 1931-ci ildə rus aktyoru Lev Durov anadan olub. O azərbaycanlı kinosevərlərinə daha çox yadında “Qorxma, mən səninləyəm” filmindəki roluna görə qalıb. 

4. Sevilən müğənni, Xalq artisti Nazpəri Dostəliyev 1959-cu ilin məhz bu günü dünyaya gəlib.

5. Milli Qəhrəman Faiq Ağayev 23 dekabr 1991-ci ildə şəhid olub.

6. 23 dekabr daha bir Milli Qəhrəman Hidayət Rüstəmovun xatirə günüdür. O 1991-ci ilin məhz bu günündə şəhidlik zirvəsinə yüksəlib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda palçıq vulkanı PÜSKÜRDÜ – Kənd sakinləri TƏHLÜKƏ ALTINDA – VİDEO

Qusarda palçıq vulkanı PÜSKÜRDÜ – Kənd sakinləri TƏHLÜKƏ ALTINDA – VİDEO

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi – FOTO

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi – FOTO

“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

Bakının bu kəndi yeniləndi

Bakının bu kəndi yeniləndi

Məşhur futbolçu karyerasını BAŞA VURUR

Məşhur futbolçu karyerasını BAŞA VURUR

Vergi uçotuna alınmayanların NƏZƏRİNƏ: Oktyabrın 1-dən...

Vergi uçotuna alınmayanların NƏZƏRİNƏ: Oktyabrın 1-dən...

Tanınmış aparıcı özündən 20 yaş kiçik xanımla evləndi - FOTO

Tanınmış aparıcı özündən 20 yaş kiçik xanımla evləndi - FOTO

Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

“Urmiya çölü”nə dönmüş Urmiya gölünün daha bir BƏLASI – Duz qasırğası ölkəmizə keçə bilər

“Urmiya çölü”nə dönmüş Urmiya gölünün daha bir BƏLASI – Duz qasırğası ölkəmizə keçə bilər

Xaricdə ali təhsil almış şəxslər imtahan verəcək – BU TARİXDƏ

Xaricdə ali təhsil almış şəxslər imtahan verəcək – BU TARİXDƏ

ŞAD XƏBƏR: Uşaqlar və tələbələr üçün GEDİŞ HAQQI 25 QƏPİYƏ ENDİRİLƏ BİLƏR

ŞAD XƏBƏR: Uşaqlar və tələbələr üçün GEDİŞ HAQQI 25 QƏPİYƏ ENDİRİLƏ BİLƏR

3 yaşlı qızına işgəncə verdiyi iddia olunan ana ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

3 yaşlı qızına işgəncə verdiyi iddia olunan ana ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"Təzə gəlin evdə tapılmır, gəzib Nadirin pullarını xərcləyirlər"

"Təzə gəlin evdə tapılmır, gəzib Nadirin pullarını xərcləyirlər"

“Sabah” – “Turan Tovuz” matçındakı qol niyə ləğv edilib? – Ekspertdən AÇIQLAMA

“Sabah” – “Turan Tovuz” matçındakı qol niyə ləğv edilib? – Ekspertdən AÇIQLAMA

Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir?- “Onu Amerikada tutdura bilərdim”

Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir?- “Onu Amerikada tutdura bilərdim”

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

Səssiz ÖLÜM – Bu yağlarla qızartma ETMƏYİN

Səssiz ÖLÜM – Bu yağlarla qızartma ETMƏYİN

Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Həsənriz kəndində sakinlərə evlərinin açarları təqdim olundu – FOTO/VİDEO

Həsənriz kəndində sakinlərə evlərinin açarları təqdim olundu – FOTO/VİDEO

Marqarita Simonyan: “Ərim komadadır, özüm də xərçəngdən müalicə alıram”

Marqarita Simonyan: “Ərim komadadır, özüm də xərçəngdən müalicə alıram”

Murad Muradov İrəvana gedib

Murad Muradov İrəvana gedib

“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

End of content

No more pages to load

RADİO