“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti öz missiyasını yerinə yetirir”.
Bizim.Media xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Addımlar atılır, vəziyyətin sabitləşməsi üçün işlər aparılır. Bilməyənlər və ya siyasi bəyanatları rəhbər tutanlar üçün xatırlatmaq istərdim ki, bundan əvvəl də bir neçə dəfə gərginlik, problemlər olub, tərəflər bir-birini günahlandırıblar, Rusiya sülhməramlıları isə vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər. Nəticədə vəziyyət stabilləşib və uğur qazanılıb. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur”, - deyə Zaxarova bildirib.
Bizim.Media