“Argentinaya məğlubiyyətdən sonra Fransada zəncilərə nifrət artıb” – EKSPERT

Ermənistanın işğalçı və terrorçu mövqeyinə haqq qazandıran Fransa özü insani dəyərləri pozmaqda, ölkəsində yaşayan xalqların ən adi hüquqlarını tapdalamaqda davam edir. Paris 1768-ci ildən öz nəzarətinə keçən Korsika adası sakinlərinin azadlıq hərəkatını dəfələrlə amansızlıqla yatırıb.

Azərbaycan Milli Məclisinin dünən keçirilən iclasında bir sıra deputatlar Fransanın Korsika adasında törətdiyi vəhşiliklərin araşdırılması vacibliyini vurğulayıblar.

Deputat Elman Nəsirov Korsikada Fransanın törətdiyi qeyri-insani hərəkətlərə qiymət vermək üçün AŞ PA-nın adaya faktaraşdırıcı missiya göndərməsini təklif edib. Deputat həmçinin bidlirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Korsikada yaşanan dramatik proseslərlə bağlı fəal hərəkətlərə keçməli, vəziyyəti yerində araşdırmalı və obyektiv mövqe ortaya qoymalıdır.

Onun fikrincə, Fransanın Korsikadakı repressiv hərəkətləri ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması və müvafiq hüquqi-siyasi addımların atılması da zəruridir.
Bizim.Media-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, azadlıq hərəkatının güclənməsi fonunda Paris gec-tez Korsika və ölkə daxilindəki digər xalqların da müstəqilliyini tanımaq məcburiyyətində qalacaq:

“Fransa müstəmləkə dövləti olub. Hətta Paris XXI əsrdə belə müstəmləkə siyasətini davam etdirir. Onlar üçün dəyərlər, insan haqları, demokratiya məsələləri yalnız təzyiq vasitəsidir. Afrikada yaşayan bütün xalqlara qarşı fransızlar soyqırım törədib. Bu proses indi də davam edir. Ruandada baş verən soyqırımın əsas səbəbkarlarından biri də məhz Fransa olub”. 

Həmsöhbətimiz əmindir ki, Korsika xalqı gec-tez öz mübarizəsilə azadlığa qovuşacaq:

“Fransa daxilində də çoxsaylı xalqlar müstəqil olmağa çalışır. Onlardan biri də Korsikadır. Burada xalq hərəkatı başlayanda Paris onu zorakı üsullarla, qəddarcasına yatırıb. Bu mənada Fransanın Korsika adasında törətdiyi vəhşiliklərin araşdırılması üçün AŞPA tərəfindən faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi qaldırıla bilər. Prosesə başlamaq lazımdır. Çünki Paris Korsika xalqına qarşı da müstəmləkə siyasəti aparır. Amma qərarın qəbul edilməsinə nə dərəcədə nail olub-olmamaqla bağlı bəri başdan fikir bildirmək çətindir. Çünki

Avropa dövlətlərinin bir çoxu hesab edir ki, dünyanın nizam-tərəzisini onlar müəyyənləşdirməlidir. Korsika xalqı mübariz xalqdır. Onlar hər zaman müstəqil olmağa nail olmağa çalışıblar. Amma hər zaman da Paris tərəfindən amansızlığa, işgəncələrə məruz qalıblar.

Proses davam edir. İnanıram ki, azadlıq hərəkatı gücləndikcə Paris ölkə daxilindəki xalqların da müstəqilliyini tanımağa məcbur olacaq. Hətta Paris indiyə qədər etdiyi qəddarlığa görə onlardan üzr də istəyəcək”. 
Hüquqşünas Parisi üçüncü dövlətlərə hər zaman yuxarıdan aşağı baxmaqda ittiham etdi: 

“Fransada hesab edirlər ki, onlar müstəqil siyasət yeridə bilməzlər. Fransada yaşayan qara dərilərə qarşı da ayri-seçkilik hökm sürür. Futbol üzrə son dünya çempionatında Fransanın məğlubiyyətindən sonra bu ölkədə irqçilik yeni situasiyaya qalxdı. Fransa yığmasında oynayan qara dərili oyunçulara qarşı nifrət yanaşması artıb. Bu ölkədə müsəlman icmasına qarşı da ayrı-seçkilik mövcuddur”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

End of content

No more pages to load

RADİO