Ermənistanın eks-prezidenti Robert Köçəryan səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməyib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Köçəryanın vəkili Ayk Alumyan hakim Anna Danibekyana tibbi arayış təqdim edib.
"Müalicə nə qədər davam edəcək?" hakim soruşub.
Cavabında Alumyan Köçəryanın səhhətinin vəziyyəti ilə bağlı hakimi daha ətraflı məlumatlandırmaq zərurəti yarandığından görüşün qapalı formata keçirilməsini xahiş edib.
Bundan sonra Danibekyan media nümayəndələri də daxil olmaqla bütün vətəndaşları zaldan çıxarıb.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorqyan eyni cinayət işi üzrə təqsirləndirilir. Köçəryan külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.
Bizim.Media