Türkiyə Silahlı Qüvvələri noyabrın 19-da başladığı "Pəncə-Kilid" əməliyyatı çərçivəsində ümumilikdə zərərsizləşdirilən terrorçuların sayı açıqlanlb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sözügedən rəqəmi Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentində çıxışı zamanı deyib.
O, bildirib ki, bu günə kimi ümumilikdə İraq və Suriyada 364 terrorçunu zərərsizləşdiriblər.
Onun sözlərinə görə, hava və qurudan endirilən zərbələr nəticəsində PKK yaraqlılarının bazaları, onların anbarları və sığınacaqları dağıdılıb.
Bizim.Media