Finlandiyanın paytaxtı Helsinkidə Rusiya bayrağı yandırlııb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN bəyanat yayıb. Sözügedən hal Müstəqillik Günü münasibətilə Helsinkidə təşkil olunmuş kütləvi yürüş zamanı yaşanıb.
Bəyanatda qeyd olunub ki, Rusiya bayrağının yandırılması təhqirdir və yolverilməzdir.
“Biz insidentlə bağlı diplomatik demarş tətbiq etmək niyyətindəyik. Belə bir addım Rusiyanın dövlət rəmzinin təhqir olunması hesab olunur.
Bu əməli törədən şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu tip hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi məqsədilə Helsinkiyə tələb göndərilib” – deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
Bizim.Media