Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında 2023-cü il dövlət büdcəsinin müzakirəsi ilə bağlı iclas keçirilir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar iclasda çıxış edir.
Akar ilk olaraq Türkiyə Sərhədlərinin dünya standartlarına uyğun şəkildə qorunmasından danışıb:
“24 iyul 2015-ci il tarixindən bu günə qədər ölkədə, Şimali İraq və Suriyada ümumilikdə 37 min, bu il ərzində isə 4 minə yaxın terrorçu zərərsizləşdirilib”.
Nazir bildirib ki, 2022-ci il yanvarın 1-dən bu günə qədər 250 min insanın Türkiyə sərhədlərini qeyri-qanuni yolla keçməsinin qarşısı alınıb, 7 min 600 qeyri-qanuni mühacir və 800 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bizim.Media