Rusiya azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu xarici agent siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, siyahıya “Dojd” qəzetinin jurnalist Mixail Fişmanın da adı daxil edilib.
Qeyd edək ki, daha əvvəl Moskva Şəhər Məhkəməsi Rövşən Əsgərovu nasizmi reabilitasiya etməkdə ittiham edərək, barəsində qiyabi həbs qərarı çıxarıb.
Belə ki, aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.
Bizim.Media