Rusiyanın ən böyük neft-qaz çıxaran şirkəti “Qazprom” rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.
Görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivləri müzakirə edilib.
Bizim.Media