Azərbaycanla sülh müqaviləsinin bir variantını Moskva, digər variantını isə Azərbaycan təklif edib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qərb danışıqlar mühiti yaratmağa çalışıb, Moskva da eyni hərəkəti edir:
“Sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan hər şeyi etməlidir”.
Eyni zamanda Qriqoryan bəyan edib ki, İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtdan sülh yolu ilə nizamlanma haqqında sənəd alıb.
Bizim.Media