Türkiyənin Rusiya qazına 25 faizdən çox endirim tələb edəcəyi iddia edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Rusiya rəsmiləri sabah Ankarada görüş keçirəcək. Xəbərdə sabahkı iclasda Türkiyənin Rusiya qazına görə 25%-dən çox endirim tələb edəcəyi qeyd olunub.
Həmçinin bildirilib ki, Ankara endirimin 2023-cü il ilə yanaşı 2022-ci ildə edilən bəzi ödənişlərə də şamil olunmasını təmin edəcək. İstənilən endirim səviyyəsinə nail olunmazsa, səlahiyyətli orqanlar ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına nail olmağa çalışacaqlar.
Bizim.Media