Türkiyənin Karaman vilayətində hərbi maşın qəzaya uğrayıb, 3 hərbçi yaralanıb.
Bizim.Media "dha"ya istinadəm xəbər verir ki, Ayrancı şəhəri yaxınlığında baş vermiş qəzaya maşının təkərlərindən birinin partlaması səbəb olub.
Nəticədə sürücü idarəetməni itirib, maşın yol kənarına çırpılaraq aşıb. Qəza nəticəsində yanğın başlayıb və hadisə yerinə gələnlər 3 yaralı hərbçinin həyatını xilas edə bilib.
Həmçinin əlavə olunub ki, yaralılar xəstəxanalara yerləşdirilib.
Araşdırma aparılır.
Bizim.Media