“Eutelsat” peyk operatoru İranın "PressTV" telekanalının Avropada yayımını dayandırıb.
Bizim.Media "alarabiya.net"ə istinadən xəbər verir ki, buna səbəb Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalardır.
Bu səbəblə Avropada ingilis dilində yayımlanan İranın beynəlxalq xəbər kanalının (Press TV) yayımı dayandırılıb.
Qeyd edək ki, Aİ İranın 29 rəsmisinə sanksiya tətbiq edib.
Bizim.Media