Gürcüstan-Rusiya sərhədində zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.
Mənbə yazır ki, yerli vaxtla saat 10:42-də Gürcüstanla sərhəddən 25 km aralıda Dağıstan ərazisində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin ocağı 22 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycan və Ermənistan ərazisində də hiss olunub.
Bizim.Media