Ermənistan bankları “Arsax”da (Qarabağdakı qondarma rejim) çalışan məmurlara ipoteka kreditləri verməyi dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyanın keçmiş müşaviri Akop Çaxaryan Facebook səhifəsində yazıb.
O, paylaşımına “Bu kimin ideyasıdır və nəticəsi nə olacaq?” sualı ilə başlayıb:
“Laçın dəhlizi, qızıl mədəninin yoxlanılması (bu, onun bağlanmasına səbəb olacaq) və zabit korpusunun ixtisarı arasında nə əlaqə var? Bunun gələcəyi varmı?”.
Bizim.Media