İranda keçirilən etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb.
Bizim.Media "jamaran.news"a istinadən xəbər verir ki, bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.
O, etirazlar zamanı 200 nəfərdən çox şəxsin öldüyünü bildirib.
Qeyd edək ki, İranda sentyabrın 16-sı "Əxlaq" polisi tərəfindən qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etiraz aksiyaları keçirilir. Nümayişlərdə 480-ə yaxın insan hökumət qüvvələri tərəfindən öldürülüb, 18 mindən çox insan həbs edilib.
Bizim.Media