Suriyadakı PKK/YPG terrorçuları Ankaranın qanuni hədəfidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın səsləndirib.
O, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatının ABŞ və Rusiya qüvvələrinə qarşı yönəlmədiyini vurğulayıb.
Kalın onu da əlavə edib ki, Türkiyə milli təhlükəsizlik problemi ilə üzləşdikdə heç kimdən icazə almaq niyyətində deyil.
Bizim.Media