Ukrayna hərbçiləri Dnepr çayının sol sahilinə ölkənin bayrağını sancıblar.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər “Karlson” könüllü hava kəşfiyyatı bölməsi tərəfindən sosial şəbəkədə yerləşdirilib.
Xüsusi təyinatlıların əsgərlərinin iddiasına görə, hazırda Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin daha da azad edilməsi üçün tramplin açır.
Bizim.Media